“Sumqayıt” və “Zirə”nin sabiq baş məşqçisi Samir Abasov Azərbaycan millisini çalışdırmağa hazır olduğunu söyləyib. Azerisport.com portalına müsahibə verən millimizin sabiq üzvü Robert Prosineçkinin mümkün qayıdışı haqda fikirlərini bölüşüb: “Milliyə əcnəbi mütəxəssisin dəvət olunmasında prespektiv görmürəm. Onların başçılığı altında Azərbaycan yığmasının yeni səviyyəyə yüksələcəyinə şübhə ilə yanaşıram. Onlara xərclənən pul havaya sovrulacaq. Həmin adam bura sadəcə maaş almağa gələcək.

Mən millimizi çalışdırmağa hazıram? Bəli! Azərbaycan futbolunu yaxşı bilirəm və böyük məmnuniyyətlə də bu yükün altına girməyə hazıram. İndiki məqamda yerli məşqçilərə güvənmək lazımdır.  Mən bunu öz namizədliyim üçün demirəm. Sadəcə, indiki məqamda əcnəbi mütəxəssis bizə heç nə verməyəcək.  Bunun niyə belə olduğunu bilmirəm, sadəcə yerli mütəxəssislərə bizdə inam yoxdur.

Mətbuatda bəzi əcnəbi mütəxəssislərin adı çəkilir, amma mən onların məşqçilik bacarığına şübhə edirəm. Prosineçki də gəlib heç nəyi dəyişməyəcək”.